1 İyul 2014 14:05
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün saat 19:00 radələrində Kürdəmir rayonu Sığırlı kəndində yük maşınlarının iştirakı ilə zəncirvari yol qəzası baş verib.

Teleqraf.com Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, Müstəcəb İsgəndərovun idarə etdiyi “MAN”, Niyaməddin Kərimovun idarə etdiyi “KamAZ”, Mehrab Məmmədtağıyevin idarə etdiyi “VAZ-21074” və “TİR” markalı avtomobillər toqquşublar.

“TİR” markalı avtomobil hadisə yerindən qaçıb.

“Jiquli”də olan M.Məmmədtağıyevin azyaşlı oğlu Yusif hadisə yerində ölüb. Digər sərnişinləri - arvadı Ofeliya, qızları Günel və Mehriban, habelə N.Kərimov xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Müəllif: