1 İyul 2014 14:27
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğlanın Facebook-da tanış olduğu gənc qızla münasibəti ona baha başa gəlib.

Bakıda gənc oğlan başına gətirilən cinayətdən sonra sosial şəbəkələrdə qadınla tanış olmağa son qoyar. Çünki Facebook-da tanış olduğu gənc qızla münasibət ona baha başa gəlib.

Bakı polisi Fuad Əliyevin evindən pul oğurladığına görə cavan bir xanımı tutub. Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşları tutduqları həmin qadını uzun müddət Ayan adı ilə axtarırmışlar.

Bölmədən bildirildi ki, F.Əliyev bir neçə gün əvvəl Ayan adlı bir xanımla Facebook vasitəsilə tanış olub. Sonra onların münasibətləri daha da yaxınlaşıb və həmin Ayan Fuadın evinə gedərək sevişiblər, sonra isə orada yaşayıb.

İyunun 17-də isə Fuad Əliyev polisə şikayət edərək həmin qadının evindən 1500 manat, mobil telefon və qızıl əşyalar oğurladığını bildirib. Polisin keçirdiyi əməliyyat nəticəsində oğurluğu törədən “sevgili” tutulub. Məlum olub ki, həmin qadın özü ilə bağlı bütün məlumatları Fuada yalan deyib. Özünü Ayan kimi təqdim etsə də, həmin şəxsin 24 yaşlı Aygün Hüseynova olduğu üzə çıxıb.

Hazırda polis fakt üzrə araşdırmasını davam etdirir. A.Hüseynovanın başqa Facebook məcəralarının olub-olmaması istisna edilmir./Milli.az/


Müəllif: