15 Oktyabr 2016 11:26
739

Bakının Sabunçu rayonunda bıçaqlanma olub.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Maştağa qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini,1992-ci il təvəllüdlü Qəzənfər Ələsgərov tanışı ilə birlikdə qəsəbənin Savalan massivində yerləşən kafelərdən birində yeyib-içib.

Daha sonra sərxoş olan tanışlar arasında mübahisə düşüb. Mübahisə zamanı Qəzənfər Ələsgərov tanışı tərəfindən bıçaqlanıb.

Qəzənfər Ələsgərov xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Hazırda həkim nəzarətində olan Qəzənfər Ələsgərovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: