15 Oktyabr 2016 18:00
424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qadına qarşı külli miqdarda dələduzluq edilib.

"Report" xəbər verir ki, paytaxt sakini, 1976-cı il təvəllüdlü Lalə Mustafayeva üzləşdiyi dələduzluq faktı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

O, ərizəsində bildirib ki, 2010-cu ilin mart ayında 1973-cü il təvəllüdlü Zaur Namazov onun etibarından sui-istifadə edərək 150 000 manat pulunu alıb və indiyədək qaytarmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.


Müəllif:

Oxşar xəbərlər