Bakının Qaradağ rayonunda cinayət hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə Güzdək qəsəbəsində yerləşən daş karxanasında qeydə alınıb.
Daş karxanasında gözətçi işləyən Cəlilabad rayon sakini Namiq Məmmədov basqına məruz qalıb. Naməlum şəxs Namiq Məmmədova boğaz nahiyəsindən bıçaqla xəsarət yetirib və onun 132 manatını alaraq qaçıb. Gözətçi ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.
Hadisə ilə bağlı Qaradağ rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində cinayəti törədən Yaşar Şəfiyev həbs edilib.
Yaşar Şəfiyev əvvəllər də quldurluq cinayəti törətdiyi üçün məhkumluq həyatı yaşayıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov