Rusiyanın Kemerovo vilayətinin Anjero-Sudjensk şəhərinin sakini olan qadın ehtiyatsızlıqdan törədilən qətldə ittiham edilir.
Teleqraf.com-un xəbərinə görə, o, oral seks təklif etdiyinə görə sevgilisini baltalayıb.
"Kemerovo qəzeti"nin yerli məhkəmənin mətbuat xidmətinə istinadən yazdığına görə, qadın axşam sebgilisinin evinə gedib və mətbəxdə yemək hazırlamağa başlayıb. Sevgilisi isə yemək deyil, oral seks istədiyini deyib. Qadın bu təklifdən sonra ona balta ilə zərbə endirib.
Məhkəmə zamanı qadın bildirib ki, əslində məqsədi sevgilisinin fiziki ağrı hiss etməsi olub: "Mən istəyirdim ki, o, məni necə incitdiyini başadüşsün. Ona görə də baltanın küpü ilə yüngülcə başına vurdum".
Zərbə nəticəsində kişinin beyninə qan sızıb və o, hadisə yerindəcəkeçinib.
Qadını 6 il həbs cəzası gözləyir.
Nihad