Ağdamda mağazadan 2 min manat dəyərində oğurluq edən şəxslər saxlanılıb.
APA-nın xəbərinə görə, rayonun Xındırıstan kəndində fəaliyyət göstərən gündəlik tələbat malları mağazasının qıfılını sındıraraq 2 min manatlıq mobil telefon danışıq kartları oğurlayan şəxslər Bakı şəhərində saxlanılaraq Ağdama gətiriliblər.
Saxlanılan şəxslər 1988-ci il təvəllüdlü Nəsibov Namiq Əkbər oğlu və 1994-cü il təvəllüdlü Quliyev Elmir Haqverdi oğlu olub.
Faktla bağlı araşdırma davam edir.