17 Oktyabr 2016 09:54
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda 5 ay əvvəl baş verən cinayətin üstü açılıb.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini Yusif Qasımov tutulub.

Yusif Qasımov bu ilin mayın 20-də Bakı şəhər sakini Səbinə Acalovadan hədə-qorxu gələrək, 1100 manatını və qızıl boyunbağı alıb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: