17 Oktyabr 2016 12:00
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış yazıçısı Fərman Kərimzadənin oğlu Əziz Kərimzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Rahib Salmanovun sədrlik etdiyi prosesdə şahid qismində Sahil Heydərov ifadə verib.

Sahil Heydərov bildirib ki, Əziz Kərimzadəni tanıyır: "Məhkəmə işi ilə bağlı Əziz Kərimzadəyə pul vermişəm. Sonradan həmin pulu geri qaytardı. Ona qarşı şikayətim olmayıb".

Məhkəmə iclaslarında ümumi iş üzrə 10 şahiddən 6-sı dindirilib. Məhkəməyə gəlməyən şahidlərin məcburi gətirilməsi ilə bağlı qərar qəbul edilib. Qərar icra üçün şahidlərin yaşadığı ərazi üzrə polis idarılərinə göndəriləcək.

Növbəti proses oktyabrın 26-a təyin edilib

Əziz Kərimzadə dələduzluq yolu ilə 4 vətəndaşdan 60 min manatdan artıq pul alıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilir.

Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olmuş Əziz Kərimzadə ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Elçin Muradov Səbail rayon Polis İdarəsinin 9-cu bölməsinə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Əziz Fərman oğlu Kərimzadə onun 12 min manat pulunu mənimsəyib.


2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əziz Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar. Məhkəmə hökm zamanı təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödəmələrini yüngülləşdirici hal kimi qiymətləndirib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər