Bakı Ağır Cinayətlər Məhkəməsində 8 yaşlı ögey qızına qarşı seksual hərkətlər törətməkdə, zorlamada təqsirləndirilən 1980-ci il təvəllüdlü Pakistan vətəndaşı Tanver Muhammed Batonın cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən, təqsirləndirilən 15 il müddətə azadlıqdan məhrum edilib.
Hadisə bu il Bakının Maştağa qəsəbəsində baş verib. 1980-ci il təvəllüdlü Tanver Muhammed Bato 8 yaşlı ögey qızını zorlayıb və seksual xarakterli hərəkətlər törədib. O, polis tərəfindən saxlanılıb.
8 yaşlı qızın anası azərbaycanlıdır. Həmin qadın Pakistan vətəndaşı ilə qeyri- rəsmi nikahda olub.
Hacı Zeynalov