17 Oktyabr 2016 17:12
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətlə cəhddə və quldurluqda təqsirləndirilən Qulu Abdullayevlə Kamran Cəfərzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Təqsirləndirilən şəxslərin hər biri 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hadisə ötən ilin noyabr ayının 3-də Ramana qəsəbəsindəki Şuşa şəhərciyində baş verib. Həmin qəsəbədə yaşayan Aynur Teymurovaya evində bıçaq xəsarətləri yetirilib.

Sabunçu Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi və 12-ci polis bölməsi əməkdaşlarının birgə əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ramana qəsəbə sakinləri - 1998-ci il təvəllüdlü Qulu Abdullayev və 1999-cu il təvəllüdlü Kamran Cəfərzadə tutulub.

Qulu Abdullayev Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və Kamran Cəfərzadə isə 181-ci (quldurluq) maddəsi ilə ittiham olunurlar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər