18 Oktyabr 2016 12:23
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə təqsirləndirilənin vəkili Vasif Mirzəyev vəsatətlə çıxış edib.


Vəkil bildirib ki, bir neçə şahidin prosesdə dindirilməsi vacibdir. O, Lamiyənin, Xatirənin, eləcə də Bakı Baş Polis İdarəsinin əməkdaşı Hikmət Qasımov və digər şəxslərin dindirilməsini istəyib.

Vəkil bildirib ki, Lamiyə və Xatirə Mehriban Hüseynova ilə Ilhamə Quliyevanın mübahisəsinin şshidi olub.

Vəkil əlavə edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Mehriban Hüseynovanı qanunsuz saxlayıb: "Mehriban Hüseynovanın mobil telefonu bir ildir istintaqdadır. Müraciət etmişik, vermirlər. Deyirlər ki, telefon Hikmət Qasımovun xidməti otağında qalıb, Hikmət Qasımov da məzuniyyətdədir. Həmin telefonda Amil adlı şəxsin mobil nömrəsi var. Həmin şəxs bu iş üzrə əhəmiyyətli şahidlərdəndir".

Prokuror vəsatətin təmin edilməməsini istəyib.

Hakimlər vəsatəti qismən təmin ediblər. Bildirilib ki, şahidlərin anket məlumatları olanlar məhkəməyə çağırılaraq dundiriləcək.

Hakim hüquq-mühafizə orqanları ilə bağlı adı keçən şahidlərin ad-soyad və ünvanlarının dəqiq olmadığını əsas gətirərək vəsatəti həmin hissədə təmin etməyib.

Proses oktyabrın 25-də davam edəcək.

Mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İlhamə Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər