18 Oktyabr 2016 16:19
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayonunda kənd sakinlərinin mal-qarası və toyuq-cücəsi tez-tez canavar, çaqqal və tülkülərin hücumuna məruz qalır.

APA-nın yerli bürosunun xəbərinə görə, ötən gecə rayonun Hacalıkənd kəndində sakinlərə məxsus ev quşları növbəti dəfə çaqqal hücumuna məruz qalıb.

Kənd sakinləri Yaşar və Ofeliya Salmanovlara məxsus 12 baş ev quşunu çaqqallar tələf edib.

Çaqqallar ev sahibinə məxsus iki iti öldürüb, onlardan birini yeyiblər. Kənd sakinləri belə hadisə ilə ilk dəfə rastlaşdıqlarını deyiblər. Onlar son vaxtlar kənd ərazisində çaqqal və tülkülərin sayının xeyli artdığını, vəhşi heyvanların hücumundan qorunmaqda aciz qaldıqlarını bildiriblər.

Son iki ayda Göyçay rayonunun Hacalıkənd kəndində 11 vətəndaşa məxsus 210 baş toyuq və hind quşu, 6 baş qoyun və quzu vəhşi heyvanlar tərəfindən tələf edilib.


Müəllif:

Oxşar xəbərlər