Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tərkibində narkotik maddə olan bitki əkməkdə təqsirləndirilən Arif Soltanovun cinayət işi üzrə məhkəmə başlayıb.
Teleqraf.com xəbər verir ki, prosesdə ittiham aktı elan edilib.
İttihamla Nardaran qəsəbə sakini Arif Soltanov evinin həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkməkdə təqsirli bilinib. Polisin keçirdiyi əməliyyat nəticəsində onun evinin həyətində 93 narkotik kolu aşkarlanılıb.
Arif Soltanov Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə ittiham olunur.
Məhkəmədə Arif Soltanov özünü təqsirli bilib və tərkibində narkotik maddə olan bitki əkdiyini etiraf edib.
Növbəti məhkəmə iclası oktyabrın 25-nə təyin edilib.
Hacı Zeynalov