18 Oktyabr 2016 21:53
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda soyğunçuluq hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, 26 yaşlı Emil İsgəndərov Yasamal rayon Polis İdarəsinə müraciət edərək, soyğunçuluqla üzləşdiyini bildirib.

Emil İsgəndərov bildirib ki, Kamran adlı şəxs işlətdiyi dükana gəlib. Şikayətçinin sözlərinə görə, həmin şəxs kassada olan 140 manatı zorla götürüb və oranı tərk edib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən şəxs müəyyən edilib. Bu, 31 yaşlı Kamran Gözəlzadədir. O, həbs edilib.

İstintaqa verdiyi ifadəsində Kamran Gözəlzadə bildirib ki, Emil İsgəndərovun ona pul borcu olub. Qeyd edib ki, Emil İsgəndərovun mağazasına satılması üçün spirtli içkilər verib: “Mal satılsa da, pulunu ala bilməmişəm. Həmin gün də mağazaya pulumu almaq üçün gəlmişdim. Amma Emil pulumu vermək istəmirdi. Buna görə də kassada olan pulu götürərək getmişəm”.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər