20 Oktyabr 2016 13:16
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən Rafael Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə təqsirləndirilənin barəsində 3 il sınaq müddəti olmaqla şərti cəza təyin edib. O, məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, hadisə Bakının Xəzər rayonunda baş verib. Binə qəsəbəsi, İlqar Əhmədov 2 ünvanda yaşayan 34 yaşlı Rauf Mehdiyev al-qan içində xəstəxanaya gətirilib.

Yaralı dərhal əməliyyat olunub. Həkimlər Rauf Mehdiyevin döş nahiyəsində bir bıçaq xəsarətinin olduğunu bildiriblər.

Araşdırmalar zamanı məlum olub ki, Raufu atası Rafael Mehdiyev bıçaqlayıb. Hadisə ailə münaqişəsi zəminində baş verib. Rafael Mehdiyev evdə spirtli içki içən zaman oğlu Rauf ona iradını bildirib. Oğlunun iradı atanı əsəbiləşdirib. Yaranan mübahisə zamanı sərxoş Rafael Mehdiyev oğlunu bıçaqlayıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər