Gürcüstanda valyutadəyişmə məntəqəsinə hücum planlaşdırmaqda ittiham olunan Azərbaycan vətəndaşı saxlanılıb.
APA-nın Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, saxlanılan şəxsin üzərindən EKOL markalı tapança aşkarlanıb.
İstintaq zamanı müəyyən edilib ki, həmin şəxs Azərbaycandan Gürcüstana gələrək Rustavi şəhərində yerləşən otellərin birində məskunlaşıb. O, Batumidə yerləşən valyutadəyişmə məntəqəsinə basqın etməyə hazırlaşırmış.
Adı açıqlanmayan Azərbaycan vətəndaşı basqın planlaşdırdığını etiraf edib.
Faktla bağlı “Quldurluğa hazırlıq” maddəsi (5-7 il müddətinə azadlıqdan mərhumetmə cəzası) üzrə cinayət işi qaldırılıb.