23 Oktyabr 2016 01:57
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabadda 1 nəfərin ölümü, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Sabirabad rayonunun Dadaşbəyli kəndi ərazisində Kür çayının üzərindəki körpüdə 18 BF 747 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə 10 LZ 878 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ”-da olan Sabirabad sakini 1994-cü il təvəllüdlü Cəfərov İsrafil Rəşid oğlu ölüb, daha 2 nəfər xəsarət alıb.

Yaralılar Bakı sakini 1983-cü il təvəllüdlü İsrafilov Vüsal Həşim oğlu və Sabirabad rayon sakini 1994-cü il təvəllüdlü Məhərrəmli Kamran Şahin oğlu Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: