Bakının Sabunçu rayonunda tol-nəqliyyat hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə Balaxanı-Binəqədi şossesində qeydə alınıb.
Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Leyla Mərdanovanın idarə etdiyi “Hundai” markalı avtomobillə Arif Nuriyevin idarə etdiyi “MAN” markalı yük avtomobili ilə toqquşub.
Hadisə nəticəsində Leyla Nuriyeva və onun oğlu, 2007-ci il təvəllüdlü Asəf Mərdanlı hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov