25 Oktyabr 2016 19:12
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitə əldə edib saxlamaqda təqsirli bilinən Qiyas İbrahimovun cinayət işi üzrə məhkəmə keçirilib.

Teleqraf.com verir ki, hakim Ənvər Seyidovun sədrlik etdiyi prosesdə Qiyas Ibrahimov son söz deyib. O günahsız olduğunu bildirib.

Hakimlər hökm qəbul etmək üçün müşavirə otağına yollanıblar.

Müşavirədən qayıdan hakimlər Qiyas Ibrahimova 10 il cəza təyin ediblər.

Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən dövlət ittihamçısı Qiyas İbrahimovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qiyas İbrahimov və Bayram Məmmədov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsinə əsasən ittiham olunurlar. Xətai rayon Məhkəməsinin qərarı ilə onların hər biri barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Sonradan onların cinayət işi ayrılıb.

Qiyas İbrahimov NİDA Vətəndaş Hərəkatının üzvü olub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər