Oxşar xəbərlər
Bu gün saat 11:30-da Cəlilabadda fərdi evlərin birində yanğın başlayıb.
Məlumata görə, yanğın hələ də davam edir və çox güclüdür.
Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.
Yanğınsöndürənlər alovun digər evlərə yayılmaması üçün çalışırlar. Lakin yanğının miqyası böyük olduğu üçün yaxınlıqdakı əhali evakuasiya olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür./ans press/