26 Oktyabr 2016 16:34
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda və bıçaqlanma cinayətində təqsirləndirilən Hikmət Əliyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, ötən ilin iyulunda “Kapital Bank” ASC-nin Abşeron filialında sürücü-inkassator işləyən 1962-ci il təvəllüdlü Hikmət Əliyev əvvəlcədən planlaşdırdığı oğurluğu həyata keçirmək üçün filialın binasının içərisində gizlənib.

Gecə saatlarında filialda xidmətdə olan Abşeron rayon Mühafizə İdarəsinin əməkdaşı Hamlet Şıxəliyev içəridə gizlənən Hikmət Əliyevi aşkar edəndə sonuncu bıçaqla mühafizəçiyə hücum edib.

Bu zaman mühafizəçinin üzərindəki xidməti silahı açılıb və güllə onun özünə dəyib. Mühafizəçi diz nahiyəsindən yaralanıb. Hikmət Əliyev hadisə yerindən qaçıb.

Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları Hikmət Əliyevi “isti izlər”lə yaxalayaraq aidiyyəti üzrə təhvil veriblər.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Hikmət Əliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: