26 Oktyabr 2016 17:32
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Vidadi İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Vidadi İbrahimov qonşusu Namiq Bayramovu bıçaqlayaraq öldürüb.

Hadisə Türkan qəsəbəsində baş verib. Namiq Babayev içkili halda Vidadi İbrahimovun evinin qarşısında söyüş söyüb.

Vidadi İbrahimov ona xəbərdarlıq etməsinə baxmayaraq içkili olan şəxs onu da təhqir edib. sonra tərəflərin mübahisəsi davaya çevrilib.

Namiq Bayramov Vidadi İbarhimova yumruq zərbəsi endirdikdən sonra ikinci ona bir bıçaq zərbəsi endirib.
Namiq Bayramov qarın nahiyyəsindən bıçaq zərbəsi aldıqdan sonra xəstəxanaya getməkdən imtina edib. O, yaralı şəkildə 10 saata yaxın Vidadi İbrahimovun yanında olub.

Vidadi İbrahimovun istəyi ilə xəstəxanaya getsələr də, Namiq Bayramovun həyatını xilas etmək mümkün olmayıb. O, qanitirmədən xəstəxanada dünyasını dəyişib.

Məlum olub ki, Vidadi İbrahimov daha əvvəl də ağır cinayət əməli törədib.

İstintaq orqanı Vidadi İbrahimovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlayıb və işi araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərib.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin mərhumu qəsdən öldürmək niyyətinin olmadığı üzə çıxıb.

Hökmdə qeyd olunub ki, Vidadi İbrahimov Namiq Bayramova ehtiyatsızlıqdan bıçaqla zərbə endirib.
Buna görə də onun əməli Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsüf olunub.

Məhkəmə Vidadi İbrahimovu 12 il müddətinə azadlıqdan məhrum edib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər