27 Oktyabr 2016 09:30
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda bir neçə nəfər arasında yaranan mübahisə cinayətlə nəticələnib. Teleqraf.com xəbər verir ki, hadisə rayon ərazisində yerləşən avtomobil təmiri sexlərindən birində baş verib.

Həmin sexdə 1977-ci il təvəllüdlü Səxavət Hacıyev təmir işi aparan zaman digər avtomobil ustası ilə mübahisə edib. Həmin şəxs Səxavət Hacıyevlə mübahisə edəndən sonra oğluna və dostuna zəng edib.

Daha sonra həmin sexə Səxavət Hacıyevlə mübahisə edən şəxsin oğlu və iki dostu gəlib. Onlar birləşərək Səxavət Hacıyevi döyüblər.

Səxavət Hacıyev aldığı xəsarətlə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər