Sumqayıt şəhərində quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Sumqayıt sakini Rəşad Sadıqov idarə etdiyi “VAZ-2107” markalı avtomobilə sərnişin qismində Xəyalə Bəşirova adlı qadın minib.
Taksi fəaliyyəti ilə məşğul olan Rəşad Sadıqov müştərisini mənzil başına aparan zaman yolda gözlənilməz hadisə baş verib. Onların qarşısını bir nəfər naməlum şəxs kəsib.
O, silah qismində istifadə etdiyi əşya ilə hədə-qorxu gələrək, Rəşad Sadıqovun maşınını əlindən alıb, daha sonra avtomobildə olan Xəyalə Bəşirovadan pul istəyib.
Qadından 400 manat alıb, daha sonra avtomobillə hadisə yerindən uzaqlaşıb.
Hadisə ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə məlumat verilib. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxs müəyyən edilib.
Bu, Cəlilabad rayon sakini Şövqi Quliyevdir. Həbs olunan Şövqi Quliyevin əvvəllərdə məhkum olunduğu üzə çıxıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov