Türkiyənin Antalya şəhərində dəhşətli cinayət hadisəsi baş verib.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, şəhərin Kəmər məhəlləsində bir kişi həyat yoldaşının üzərinə benzin tökərək yandırıb. Oktyabrın 26-da Kəmərin yeni məhəlləsinin 418-ci küçəsində yaşayan ailədə mübahisə düşüb. Həyat yoldaşı ilə mübahisə edən 48 yaşlı Zekai Ş. 9 yaşındakı qızlarını başqa otağa aparıb. Daha sonra həyətə çıxan Zekai Ş. bir banka benzinlə otağa daxil olub. Otaqda pəncərələri və qapını bağlayan ailə başçısı benzini 37 yaşlı xanımı Nursen Ş.-nin üzərinə tökərək od vurub. Ailənin xanımı alov içində yandığı an həyat yoldaşının üst paltarları benzinə bulaşdığı səbəbindən alovlanmağa başlayıb.
Hadisədən xəbər tutan qonşular dərhal polisə və təcili tibbi yardım xidmətinə məlumat verib. Yanğınsöndürənlər dərhal evi və yanan şəxsləri söndürməyə başlayıb. Təcili tibbi xidmətin əməkdaşları isə bədənləri yanan şəxsləri Kəmər xəstəxanasına aparıb. Daha sonra yandırılan 37 yaşlı Nurşenin durumu kritik olduğu səbəbindən o, Akdeniz Universitetinin xəstəxanasına aparılıb.
Cavad