Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkməkdə təqsirləndirilən Arif Soltanovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verirki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Arif Soltanov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Nardaran qəsəbə sakini Arif Soltanov həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkməkdə təqsirli bilinib. Polisin keçirdiyi əməliyyat nəticəsində onun evinin həyətində 93 ədəd narkotik kolu aşkarlanılıb. Məhkəmə prosesində Arif Soltanov özünü təqsirli bilib, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkdiyini etiraf edib.
Arif Soltanov Cinayət Məcəlləsinin 237-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmək) maddəsi ilə ittiham olunub.
Hacı Zeynalov