2 İyul 2014 13:32
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöl rayonunda qadının evindən oğurluq edənlər tutulub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Göygöl rayon Polis Şöbəsi və Nizami (Gəncə) rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 27-də Rima İsmayılovanın evindən 3500 dollar və 1320 manat, habelə qızıl əşyalarını Hilal Abdullayevlə birgə oğurlamış digər şəxs - Gəncə şəhər sakini Elçin Əliyev tutulub.

H.Abdullayevin və E.Əliyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların Ramiz Məmmədovun və Yaşar Bağırovun evlərindən pul, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: