28 Oktyabr 2016 17:15
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Elçin Cavadovun cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu il mayın 2-də Yasamal rayonunda evdə tək yaşayan 41 yaşlı Mirzə Hüseynovun meyitini qonşular aşkarlayıb.

Məlum olub ki, əvvəllər məhkum olununan və bir neçə il əvvəl həbsdən azad edilən Mirzə Hüseynov həmin ünvanda tənha yaşayırmış.

Əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayətin Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Elçin Cavadov tərəfindən törədildiyi məlum olub və o, həbs edilib. Elçin Cavadovun narkotik istifadəçisi olub.

Həmin gün Elçin Mirzə Hüseynovun yaşadığı evə narkotik istifadə etməyə gəlib. Onların arasında mübahisə qanlı cinayət hadisəsi ilə nəticələnib.

Elçin Cavadov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

Hakim Cavid Hüseynovun sədrliyi ilə cinayət işi üzrə hazırlıq iclası olub. Məhkəmə baxışı noyabrın 11-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər