29 Oktyabr 2016 12:11
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Rusiyadan “Xanoba” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Mersedes Benz E 200 D” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı avtomobilin cihazlar panelindən gömrük nəzarətindən gizlədilən 7 ədəd “Samsung J1” markalı mobil telefon, 9 ədəd mobil telefon üçün qidalandırıcı element, 10 ədəd telefon adapteri aşkar edilib.

Bundan başqa, Rusiya istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.

Yoxlama zamanı avtomobilin salonunun tavan hissəsindən və nəqliyyat vasitəsindəki kərə yağı və şirniyyat qutularının içərisindən gömrük nəzarətindən gizlədilən 6060 ədəd siqaret aşkar edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər