29 Oktyabr 2016 19:14
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda baş verən oğurluq hadisəsinin üstü açılıb. Teleqeraf.com xəbər verir ki, Tovuz Regional Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən Ağstafa rayon, Köçəsgər kənd sakini 1994-cü il təvəllüdlü Misirov Nurlan Kamran oğlu yaxalanıb.

Məlum olub ki, Nurlan Misirov Tovuz rayonu ərazisində 5 nəfər rayon sakinlərinə məxsus ümumilikdə 6080 manat dəyərində 7 baş inək oğurlayıb.

İstintaqa ifadə verən Nurlan Misirov Tovuz rayonuna istirahət etmək üçün gəldiyini deyib. Onun sözlərinə görə, Tovuzun dağ kəndlərinə dincəlməyə gəlib.

Amma sonradan oğurluq etmək fikrinə düşüb. O, əvvəlcə rayonun Dondar Quşçu kənd sakini Aqil Ələkbərovun həyətindən bir neçə inək oğurlayıb.

Nurlan Misirov oğurladığı mal-qaranı Bərdə bazarında satıb. Sonra yenidən Tovuz rayonuna qayıdaraq həmin pullarla istirahət mərkəzlərində istirahət edib. pulu qurtaranda isə yenə də oğurluq etməyə başlayıb.

Rayon ərazisində oğurluq hadisəsinin baş verməsi barədə Tovuz rayon polis şöbəsinə məlumat daxil olub. Daxil olan məlumat əsasında əməliyyat tədbirləri görülüb.

Bununla bağlı mühafizə polisi də məlumatlandırılıb. Elə Nusrlan Misirov istirahət mərkəzlərindən birində mühafizə polisinin əməkdaşları tərəfindən yaxalanıb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər