Bakının Qaradağ rayonunda oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində qeydə alınıb.
Masazır qəsəbəsində yaşayan, 1982-ci il təvəllüdlü Elməddin Bayramova məxsus 61 min manat dəyərində geyim əşyaları oğurlanıb.
Oğurluğu törədən Binəqədi rayon sakini, 1965-ci il təvəllüdlü Gültəkin Ələkbərova Qaradağ rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində sonrakı araşdırmalar aparılması üçün Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinə təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov