30 Oktyabr 2016 16:28
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələ rayonunda qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə hadisə rayonun Kürd kəndində qeydə alınıb.


Kənd sakini 1985-ci il təvəllüdlü Verdiyev Xəyal Xaliq oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı həyat yoldaşı, 1991-ci il təvəllüdlü Verdiyeva Səbinə Məzahir qızını əli ilə boğaraq öldürüb. Üç uşaq anası olan Səbinə Verdiyevanın hansı səbəbdən qətlə yetirildiyi hələ ki, məlum deyil.

Hadisəni törədən Xəyal Verdiyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər