31 Oktyabr 2016 01:12
427

Bakının Xəzər rayonunda oğurluq hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Adəm Məlikova məxsus aptekdən 2700 manat oğurlanıb.

Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən həmyerlisi Azər Salayev tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: