Bakının Qaradağ rayonunda ticarət mərkəzindən oğurluq edilib. Teleqraf.com xəbər verir ki, hadisə Lökbatan qəsəbəsindəki “Binə” ticarət mərkəzində qeydə alınıb.
Ticarət mərkəzindəki mağazalardan birinin qarşısından 240 manat dəyərində geyim əşyaları oğurlanıb.
Qaradağ rayon mühafizə şöbəsi və 10-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Kamil Məmmədov tutulub.
Kamil Məmmədovun əvvəllərdə oğurluq etdiyi üçün məhkumluq həyatı yaşadığı bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov