Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Gəncə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 19 yaşlı Elməddin Bayramov naməlum şəraitdə bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Həkim nəzarəti altında saxlanılan Elməddin Bayramovun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə ilə bağlı Göygöl rayon polis şöbəsinə məlumat verilib. Cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək həbs edilməsi istiqamətində tədbir görülür.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov