2 İyul 2014 15:47
893

Bu gün Nərimanov rayon Məhkəməsində əxlaqsızlıq yuvaları təşkil etməkdə təqsirli bilinən Cəbrayıl rayon sakini, 1991-ci il təvəllüdlü Fəxriyyə Qədimalıyevanın məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Fəxriyyə Qədimalıyeva bu il fevralın 13-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.

Fəxriyyə Qədimalıyeva gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi və insan alveri ilə məşğul olması müəyyən olunub. Onun Azərbaycan vətəndaşları olan qadınları 2013-cü ildə Türkiyə Respublikasının Ankara şəhərinə apararaq cinsi istismara məruz qoyması faktı aşkar edilib.
Fəxriyyə Qədimalıyeva Bakı şəhərində ayrı-ayrı ünvanlarda kirayə tutduğu mənzillərdə əxlaqsızlıq yuvası təşkil etməsini etiraf edib.

Fəxriyyə Qədimalıyeva Cinayət Məcəlləsinin 243.1-ci (fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə ittiham olunub.

Hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.Məhkəmənin hökmü ilə Fəxriyyə Qədimalıyeva 3 min manat cərimə olunub və məhkəmə zalından azadlığa buraxılıb.

Hacı Zeynalov


Müəllif:
loading...