Gəncə-Şəmkir yolundа iki minik avtomobilinin toqquşması nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.
Xəsarət alanlardan biri, 1985-ci il təvəllüdlü Vüsal Əhmədov xəstəxanada keçinib.
Ölən digər iki nəfərin şəxsiyyəti müəyyənləşdirilir.
Qəzada yaralanan şəxslər dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
APA