1 Noyabr 2016 00:42
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xətai rayonu, Babək prospektində yerləşən “maşın bazarı”nda yerləşən mağazaların birində oğurluq edilib. Hadisə nəticəsində sahibkara 300 manat dəyərində maddi zərər dəyib.

Teleqraf.com xəbər verir ki, bu barədə zərərçəkmiş özü “Bizim Yol”a məlumat verib. Zərərçəkmiş sahibkar Elcan Musayev bildirib ki, oktyabrın 28-də olan oğurluq faktı ilə bağlı polisə müraciət edib: “Oğurluq edən şəxsin əməlləri mağazanın müşahidə kamerasına düşüb. O satıcının başını qataraq avtomobil ehtiyat hissələrini oğurlayıb”.

Zərərçəkmiş deyir ki, onun müraciəti Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsində araşdırılacaq.


Müəllif: