Bakının Yasamal rayonunda soyğunçuluq hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Nazilə Quliyeva naməlum şəxsin hücumuna məruz qalıb.
Həmin şəxs Nazilə Quliyevanın içərisində 100 manat pul, mobil telefon və sənəd olan çantasını alaraq hadisə yerindən qaçıb.
Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Yevlax rayon sakini Əziz Məmmədov tutulub.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov