1 Noyabr 2016 12:44
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı həbs olunan “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com-un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrlik etkiyi prosesdə zərərçəkmiş Lalə Hüseynova ifadə verib.

Şahid bildirib ki, yanan binada 1995-ci ildə ev alıb: "Həmin mənzildə yaşamamışam. Amma arada kirayə vermişəm. Mənə dəymiş ziyanı dövlətimiz ödəyib. Heç bir şikayətim yoxdur".

Hakim bildirib ki, zərərçəkmişlərdən Amilə Kişiyeva, Mirnizam Həbibov, Toğrul Bağırov və Mübariz Səmədov ölkə hüdudlarından kənardadır: "Həmin şahidlərin Azərbaycandan kənarda olması barədə sənədlər əldə etmişik, telefonla həmin şəxslərə danışmışıq. Onların prosesə gətirilməsi mümkün deyil.

Bundan əlavə, bir neçə şahid prosesə gəlmir. Onların barəsində məcburi gətirilmə barədə qərar çıxarılıb və müvafiq polis idarələrinə göndərilib".

Hakim bildirib ki, iş üzrə adı keçən şahid Xəyyam Babayev məhkəməyə teleqrama vurub: "O, istintaqa verdiyi ifadəsini təsdiqlədiyini, prosesdə iştirak edə bilmiyəcəyini qeyd edib".

Miryusif Mahmudovun vəkili İlhamə Həsənova bildirib ki, şahid Xəyyam Babayev Milli Təhlükəsizlik Nazirliyinin əmıkdaşıdır və onun dindirilməsi vacibdir: "Digər gəlməyən şahidlərin istintaqa verdikləri ifadələrini incələyək. Lazım olsa onların da dindirilməsi barədə müzakirə apararıq".

Proses noyabrın 3-də davam edəcək.

Ötən il mayın 19-da Binəqədi rayonu ərazisində, metronun “Azadlıq” stansiyasının yaxınlığında 16 mərtəbəli yaşayış binasında baş verən yanığında 15 nəfər həyatını itirib, 30 nəfərdən çox şəxs xəsarət alıb.

“Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov, “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Ağacavad Məmmədov həbs olunublar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər