Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sevda Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçən prosesdə hökm oxunub.
Məhkəmə təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsini tətbiq edib. O, məhkəmə zalından buraxılıb.
"Parabank"ın Nəsimi filailının əməkdaşı olan Sevda Kərimova dələduzluq yolu ilə külli miqdarda pul ələ keçirməkdə təqsirli bilinib.
Hacı Zeynalov