1 Noyabr 2016 13:22
994
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən 1982-ci il təvəllüdlü Elməddin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu il yanvarın 15-də Quba şəhərində yerləşən “Retro” istirahət mərkəzində Sumqayıt şəhər sakini, 1978-ci il təvəllüdlü Könül Zalovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.


Məlum olub ki, yanvarın 13-nə keçən gecə Könül Zalova idarə etdiyi “İnfiniti” markalı avtomobildə tanışı, Bakı şəhər sakini Elməddin Əhmədovla birgə istirahət mərkəzinə gəlib. Meyit tapılarkən Elmədin Əhmədov hadisə yerində olmayıb.

Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə axtarışda olan Elməddin Əhmədov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə yanvarın 15-də onun Könül Zalovanı boğaraq qətlə yetirdiyi müəyyən edilib.

Könül Zalovanın atası Zülfi Zalov Sumqayıt Dövlət Universitetinin müəllimidir. Ancaq ailəsi ilə münasibətlərinin yaxşı olmadığı iddi olunur.

Könül Zalovanın 12-13 yaşlarında bir oğlu var. Asma xəstəliyindən əziyyət çəkən uşağı kimin saxladığı məlum deyil.

Könül Zalovanın Elməddin Əhmədovla uzun müddət münasibəti olub. Qətlə pul mübahisəsinin səbəb olduğu deyilir. Könül Zalova Elməddin Əhmədovun 200 min manat pulunu mənimsəyib.


Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə hazırlıq iclası olub.

Prosesdə Elməddin Əhmədov işin ibtidai istintaqa qaytarılmasını istəyib. Bildirib ki, cinayəti tamah məqsədilə törətməyib. Hakim onun diqqətinə çaydırıb ki, bu məsələ məhkəmə istintaqı zamanı araşdırılacaq.

Məhkəmə baxışı noyabrın 10-na təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər