İstanbulda yaşayan azərbaycanlı iş adamı Mustafa T. qaçırılıb.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, azad olunduqdan sonra polisə şikayət edən Mustafa T. hadisənin təfərrüatlarını açıqlayıb.
Mustafa T. bildirib ki, o, Azərbaycanda olan mağazalarından birinin keçmiş sahibi Lətifə M. və onun rəfiqəsi tərəfindən qaçırılıb: "Onlar mənim qaldığım otelə gəldilər. Axşam yeməyi üçün restoranlardan birinə getdik. Orada mənə əli silahlı iki şəxs yaxınlaşdı. Məni otel otağına apardılar. Həmin qadınlarla çılpaq formada zorla şəkillərimi çəkdilər. Daha sonra məni şantaj edib, 1 milyon lirə (529 min AZN) istədilər. Üstümdəki bütün zinət əşyalarımı və pullarımı götürdülər. Məni isə 1 milyon lirəni gətirmək üçün sərbəst buraxdılar".
Aparılan əməliyyat tədbirləri nəticəsində 5 nəfərdən ibarət dəstə zərərsizləşdirilib. Onlar arasında Azərbaycan, Türkiyə və Özbəkistan vətəndaşları var.
Samir