Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Şəhriyar Abbasquliyevin cinayət işi üzrə məhkəmə başlayıb.
Teleqraf.com xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə baş verib.
1986-cı il təvəllüdlü qəsəbə sakini İlham Ağayev bıçaqlanaraq öldürülüb. Hüquq-mühafizə orqanları hadisəni törədən şəxsin Maştağa sakini Şəhriyar Abbasquliyev olduğunu müəyyən edib.
Şəhriyar Abbasquliyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunur.
Qətlə yetirilən İlham Ağayev qumarbaz olub.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxış noyabrın 8-nə təyin edilib.
Hacı Zeynalov