Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Rəşad Məlikovun məhkəməsi keçirilib.
Teleqraf.com xəbər verir ki, Rəşad Məlikov bu ilin iyun ayında Nəsimi rayonu ərzisində 6 qadına qarşı soyğunçuluq edib.
O, həmin qadınların qızıl-zinət əşyalarını ələ keçirməkdə şübhəli bilinərək, Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Rəşad Məlikov Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə ittiham olunur.
Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Akifə Paşayevə ifadə verib. O, ifadəsində bildirib ki, yağışlı havada bloka daxil olarkən, bir oğlanın onu izlədiyini görüb: “Gördüm, bu adam tələsir, ona yol verdim. Ancaq yanımdan keçəndə qəfil qulağma əl atdı, qulağımı cırıb, sırğamı çıxardı. Sırğanı mənə qayınatam hədiyyə eləmişdi. Kişiliyi olsaydı, mənimlə üzbəüz gələrdi”.
Proses noyabrın 11-də davam edəcək.
Hacı Zeynalov