Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Zaman Şəfiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçən prosesdə dövlət ittihamçısı Zaman Şəfiyevin 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prosesi noyabrın 10-na təyin edilib.
Zaman Şəfiyev tanışı Elmin Balayevi bıçaqlayıb. Onun barəsində həbs-qətimkan tədbiri seçilməyib. Zaman Şəfiyev Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunur.
Hacı Zeynalov