Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Sevil Massivi” Mənzil Tikinti Kooperativinin (MTK) təsisçisi Aynur Zeynalov, kooperativin direktoru Elçin İsmayılov, həmçinin digər təqsirləndirilənlər - Zabit Çələbiyev, Mirnamat Miradiyev, Səbinə Əliyevanın cinayət işi üzrə növbəti məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Məhəmməd Liftizadə ifadə verib. Bildirib ki, həmin MTK-dan torpaq və mənzil alıb: "18 min manat ödəmişəm. Pulum istəyirəm".
Hakim zərərçəkmiş və şahidlərin məhkəməyə gəlmədiyini və prosesə gəlməyən şahidlərin məcburi gətirilməsi barədə qərar qəbul edildiyni deyib.
Proses noyabrın 8-də davam edəcək.
Hacı Zeynalov