3 Noyabr 2016 13:10
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusarda onlayn qumarxana aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Qusar rayonu ərazisində yerləşən çay evlərindən birində qanunsuz onlayn qumar oyunlarının təşkil edilməsi barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olub.

Həmin obyektdə keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində çay evində qanunsuz onlayn qumar oyunları təşkil edən Qusar sakinləri Zakir Hafizov, Əfqan Pirmuradov və Elmar Muradov saxlanılıb. Həmin obyektdə qumar oynayan daha üç vətəndaş müəyyən edilərək barələrində qanunamüvafiq tədbir görülüb.

Çay evinə baxış zamanı mərc və qumar oyunlarında istifadə edilən maddi sübutlar, müştərilər tərəfindən oynanılan uduşlu kuponlar, onlayn qumar proqramlarında qeydiyyatdan keçmək üçün istifadə olunan elektron avadanlıq, eləcə də iş üçün maraq kəsb edən digər əşyalar aşkarlanaraq götürülüb.

Fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb.


Müəllif: