3 Noyabr 2016 23:52
2 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc oğlan tənha yaşayan qadını döyə-döyə zorladı

Zorlamada təqsirli bilinən Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Kamil Şamıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Kamil Şamıyev 12 iyul 2015-ci il tarixdə yaşadığı Atabəy kəndində, həmkəndlisi Niyaz Süleymanovun pay torpaq sahəsində işləyib. Daha sonra həmkəndlisinin evində spirtli içki qəbul edib.

O, iyulun 13-də, gecə saat 04 radələrində sərxoş vəziyyətdə piyada yaşadığı evə qayıdıb. Bu zaman Kamil Şamıyev qonşusu Mehri Səmədovanın (ad və soyad şərti verilib) yaşadığı evin qarşısından keçərkən onun evdə tək olduğunu bilərək "fürsətdən" istifadə etmək niyyətinə düşüb.

Tənha qadınla cinsi əlaqədə olmaq məqsədlə o, Mehri Səmədovanın yaşadığı evin hasarının sağ tərəfindəki arakəsmədən içəri girib.

Həmin vaxt səsə ayılan Mehri Səmədova evin həyətinə daxil olan şəxsin kim olduğunu soruşub. Kamil Şamıyev onunla cinsi əlaqədə olmaq üçün evə gəldiyini bildirib. Bu vaxt Mehri Səmədova oni fikrindən daşındırmaq istəyib. Qadının cəhdləri nəticəsiz olub.

Kamil Şamıyev şüşəni əlilə qıraraq qapının cəftəsini arxadan açıb. Qadınla olmaq üçün o, fiziki zora əl atıb. Qadının saçından tutub otaqda sürüyüb və əllərini çarpayının dəmirlərinə bağlayıb. Qadının yenə də müqavimət göstərməsi Kamili özündən çıxarıb. O, əlibağlı qadını döyməkdə davam edib. Gözü qızan kişi Səmədovanı dişləməyə başlayıb. Onun bu hərəkətləri də Mehrini ovsunlaya bilməyib. Əksinə, qadın bir əlini açaraq Kamilin üz-gözünü cırmaqlamağa başlayıb. Təcavüzkar yenidən qonşusunu döyməyə başlayıb. Onun taqətdən düşdüyünü zənn edən Kamil çirkin niyyətini həyata keçirmək istəyərkən Mehri qəfil onun altından çıxaraq evdən qaçıb. Gecəykən polis bölməsinə gəlib təcavüzə uğraması barədə şikayət edib.

Kamil Şamıyev həmin gün həms edilib. O, Cinayət Məcəlləsinin 29,149.1-ci (zorlamaya cəhd) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamil Şamıyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Kamil Şamıyev apelyasiya şikayəti verib. O, şikayətində cəzasının yüngülləşdirilməsini istəyib. Qeyd edib ki, hadisə zamanı sərxoş olub və baş verənləri anlamayıb. O, məhkəmədən barəsində daha yüngül cəzanın təyin edilməsini xahiş edib.

Kamil Şamıyevin şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Bədəl Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara görə, Kamil Şamıyevin apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər